Həkim-Fizioterapevt – tibbin bir sahəsində ixtisaslaşan həkimdir. O, ilk növbədə 6 illik Tibbi bilik bazasına malik olmalıdır (Azərbaycan Tibb Universitetində təhsil almış olmalıdır).
Fizioterapevt, ali tibbi təhsil almış və fiziki reabilitasiya sahəsində ixtisaslaşmış mütəxəssisdir. Onların əsas məqsədi xəstələrin hərəkət qabiliyyətini bərpa etmək, ağrı sindromunu azaltmaq və funksional vəziyyəti yaxşılaşdırmaqdır.
Həmçinin o, fizioterapiya üsulları vasitəsilə xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olur. Fizioterapiya – fiziki amillərdən (istilik, soyuq, elektrik, işıq, ultrasəs, maqnit sahəsi və s.) terapevtik məqsədlə istifadəni əhatə edir.
Fizioterapiya yalnız yaşlı insanlar və ya idmançılar üçün deyil, hər yaşdan insanlar üçün faydalıdır. Travmalardan və əməliyyatlardan sonra sağalma prosesində, xroniki xəstəliklərin idarə olunmasında, doğuşdan sonra bərpada və hətta uşaqların inkişaf problemlərinin həllində fizioterapevtlərin rolu əvəzolunmazdır.
Bu mütəxəssislər kompleks yanaşma tətbiq edərək, hər bir xəstə üçün fərdi müalicə planı hazırlayırlar.
Fizioterapevt hansı xəstəlikləri müalicə edir?
- Əzələ-skelet sistemi xəstəlikləri:
- Osteoxondroz
- Artrit və artroz
- Skolioz və digər onurğa problemləri
- İdman zədələri
- Nevroloji xəstəliklər:
- Radikulit
- Nevrit və nevralgiyalar
- Serebral iflic
- Bel fəqərəsi yırtığı
- Kardiovaskulyar sistem xəstəlikləri:
- Hipertoniya
- Reabilitasiya ürək infarktından sonra
- Reabilitasiya:
- Travmalar və əməliyyatlardan sonra
- İfliclərdən sonra
- Protetikadan sonra əzələlərin funksiyasını bərpa etmək
Fizioterapiyanın əsas üsulları hansılardır?
- Elektroterapiya (elektrik impulsları ilə müalicə)
- Ultrasəs terapiyası
- Maqnitoterapiya
- Lazer terapiyası
- Termoterapiya (isti və ya soyuq tətbiqlər)
- Su müalicəsi (hidroterapiya)
- Masaj və manuel terapiya
- Fizioterapevtik məşqlər (LFT)
Fizioterapevtə müraciət nə vaxt vacibdir?
- Xroniki ağrılar zamanı
- Travma sonrası bərpa prosesində
- Əməliyyatdan sonra hərəkətlərin bərpası üçün
- Əzələ zəifliyi və ya tonus pozğunluğu hallarında
- Onurğa problemlərində (ağrılar, sərtlik, əyilmələr)
Fizioterapevt müalicəni hər bir xəstənin fərdi ehtiyaclarına uyğun planlaşdırır və digər mütəxəssislərlə (ortoped, nevroloq, reabilitoloq və s.) birgə işləyə bilər.
Həkim-Fizioterapevt, Reabilitoloq Dr. Gülnar Əhmədliyə nə zaman müraciət edə bilərsiniz ?
- Boyun ağrısı
- Bel ağrısı
- Çiyin ağrısı
- Diz və ayaq ağrıları
- Onurğa , qamət pozğunluqları (Skolioz, Kifoz, Lordoz)
- Karpal Tunel Sindromu
- Qabarma, Protruziya, Yırtıq zamanı
- Plantar Fassit (Daban şporu) daban ağrıları zamanı
- İnsult
- Osteoxondroz zamanı sağlamlığınızı etibarlı əllərə təslim edə bilərsiniz
Fizioterapevt yanına gedərkən hansı müayinələrdən keçmək lazımdır ?
Fizioterapevt yanına gedərkən müalicə prosesinin düzgün planlaşdırılması üçün bəzi müayinələrdən keçmək vacibdir. Bu müayinələr xəstənin vəziyyətindən və şikayətlərindən asılı olaraq fərqlənə bilər. Əsasən aşağıdakı müayinələr tövsiyə olunur:
1. Laborator müayinələr:
- Ümumi qan analizi – iltihab proseslərini və ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək üçün.
- Qanın biokimyəvi analizi – qaraciyər, böyrək funksiyaları və elektrolit balansını yoxlamaq üçün.
- Kalsium, D vitamini və digər mineralların səviyyəsi – sümük sağlamlığı üçün vacibdir.
2. Görüntüləmə müayinələri:
- Rentgen (Rengenoqrafiya) – sümük və oynaq strukturlarını qiymətləndirmək üçün.
- Maqnit Rezonans Tomoqrafiya (MRT) – yumşaq toxumalar, fəqərəarası disklər və sinir sıxılmalarını müəyyən etmək üçün.
- Kompyuter Tomoqrafiyası (KT) – travma və ya kompleks strukturlu problemlərdə daha dəqiq görüntü üçün.
- Ultrasəs müayinəsi (USM) – əzələlər, bağlar və oynaqların vəziyyətini öyrənmək üçün.
3. Funksional testlər və qiymətləndirmə:
- Elektromioqrafiya (EMQ) – əzələ və sinir fəaliyyətini qiymətləndirmək üçün.
- Oynaqların hərəkət diapazonunun testi – oynaq və əzələ hərəkətlərini məhdudlaşdıran səbəbləri müəyyənləşdirmək üçün.
- Postur analiz – bədənin duruşunu və onurğanın vəziyyətini analiz etmək üçün.
4. Xüsusi tibbi testlər (əgər lazımdırsa):
- Osteoporoz üçün sümük sıxlığının ölçülməsi (densitometriya).
- Sinir sisteminin problemləri zamanı sinir keçiriciliyinin ölçülməsi (elektroneyroqrafiya).
- Ürək-damar sisteminin qiymətləndirilməsi (EKQ və ya ExoKardioqrafiya) – fizioterapiya ürək xəstələrində reabilitasiya üçün lazımdırsa.
5. Xəstəlik tarixçəsi və həkim rəyi:
- Əgər siz artıq başqa həkimə müraciət etmisinizsə, əvvəlki müayinələrin nəticələrini və tibbi sənədləri götürün. Fizioterapevtə xəstəliyin tarixçəsi haqqında məlumat vacibdir.
Nə üçün bu müayinələr lazımdır?
Bu müayinələr fizioterapevtin:
- Sizin üçün uyğun olan fizioterapiya metodunu seçməsi,
- Əks göstərişləri nəzərə alması,
- Müalicənin effektivliyini artırması üçün vacibdir.
Əgər fizioterapiyadan öncə xüsusi hazırlıq tələb olunursa, həkiminiz bu barədə sizi əvvəlcədən məlumatlandıracaq.
Fizioterapevt ilə bağlı tez-tez verilən suallar
Fizioterapevtə nə vaxt müraciət etməliyəm?
Hərəkət məhdudiyyəti, oynaq və əzələ ağrıları, onurğa problemləri (skolioz, kifoz), idman zədələri və ya əməliyyatdan sonrakı bərpa dövründə fizioterapevtə müraciət etmək tövsiyə olunur. Həmçinin, insult kimi nevroloji xəstəliklərdən sonra itirilmiş hərəkət qabiliyyətinin bərpası üçün də fizioterapiya əsas müalicə üsullarından biridir.
Fizioterapiya ilə masajın fərqi nədir?
Masaj fizioterapiyanın yalnız kiçik bir hissəsidir. Fizioterapevt isə problemi kökündən həll etmək üçün daha geniş yanaşmadan istifadə edir.
Bura xüsusi reabilitasiya idmanları, manual terapiya, elektroterapiya (tok, ultrasəs, maqnit), lazer terapiyası və kinezioteypinq daxildir. Masaj sadəcə əzələni boşaldırsa, fizioterapiya əzələni gücləndirir və funksiyanı bərpa edir.
Müalicə kursu nə qədər davam edir?
Bu, tamamilə xəstəliyin növündən, ağırlıq dərəcəsindən və orqanizmin reaksiyasından asılıdır. Sadə əzələ spazmları üçün 3-5 seans kifayət edə bilərsə, ciddi travmalar və ya onurğa əməliyyatlarından sonrakı reabilitasiya üçün 10-15 seans və ya daha uzun müddət tələb oluna bilər. Hər seans adətən 45-60 dəqiqə çəkir.
Qeyd: Bu məqalə yalnız məlumat xarakteri daşıyır və peşəkar tibbi məsləhətin yerini tuta bilməz. Diaqnoz və müalicə üçün mütləq həkimə müraciət edin.
