Demək olar ki, hamımız bel ağrısının nə olduğunu bilirik; ya özümüz rastlaşmışıq, ya da dost-tanışlarda bu  problem olub. Rəsmi statistikaya görə əhalinin 80%-i bu ağrılı vəziyyətdən əziyyət cəkir, ya da həyatda heç olmasa bir dəfə əziyyət çəkib. Qadınlarda və kişilərdə təxminən eyni tezliklə rast gəlinir. Bel ağrısının intensivliyi uzunmüddətli sızıltıdan çox kəskin və hərəkəti tam məhdudlaşdıran simptoma qədər dəyişə bilər.
Bel ağrısı qəflətən başlaya bilər (misal üçün, ağır bir əşya qaldırandan sonra), ya da zamanla bel strukturunda dəyışikliyə görə tədricən başlayır. Ən çox hallarda bel ağrısı kəskin başlanğıcla müşahidə olunur və bir neçə gün ya bir neçə həftə çəkir. Xroniki ağrılar 12 həftədən cox çəkir. Təxminən 20% hallarda kəskin ağrısı olan pasiyentlər sonra xroniki ağrı sindromu ilə qarşılaşır.
Bel ağrıları əksər hallarda mexaniki səbəblərə görə başlayır, yəni onurğanın strukturların (fəqərələr, disklər, əzələ və bağlar) normal yerləşməsi, struktur və hərəkətinin pozulması nəticəsində baş verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *